Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

McLaren Speedtail modelini təqdim edib

Yeni McLaren özündə Ultimate Series brendinin növbəti səhifəsidir və 1036 a.g. verən yeni hibrid mühərrik sayəsində rekord həddə maksimal sürətə malikdir - 403 km/saat.

Hələlik McLaren hiperkarın texniki xarakteristikası barədə tam məlumat vermir. Lakin bildirilib ki, Speedtail düz yolda sürətlənmə rekordu da vurub – 12,8 saniyəyə 300 km/saat. Bu da Bugatti Chiron-dan 0,3 saniyə (13,1) daha tezdir.

McLaren Speedtail-ın banının hər paneli karbon lifindən hazırlanıb və havanın müqavimətini azaltmağa hesablanıb. İki ədəd rəqəmsal arxa görünüş kamerası da aerodinamikaya yaxşı uyğunlaşır, qabaq təkərlərin xüsusi konstruksiyası isə arkolar ətrafında titrəməni azaldır. Avtomobilin arxa hissəsində fəal eleronlar (aerodinamik idarəetmə hissələri) quraşdırılıb.

Bundan əlavə, aerodinamikanın yaxşılaşdırılması məqsədilə Speedtail uzun ban (5137 mm) alıb. O, indi P1 modelindən 549 mm, Bugatti Chiron-dan isə 600 mm uzundur.

Salonda üç oturacaq var. Qabaq oturacaq mərkəzdədir. Oturacaqlar karbon lifindən hazırlanıb və xüsusi dəri ilə işlənilib ki, bu da sərnişinləri və sürücünü hərəkət zamanı sürüşməyə qoymur.

McLaren Speedtail-dən cəmi 106 ədəd istehsal ediləcək və artıq hamısına sifariş var. Hər bir superkarın qiyməti 2,24 milyon dollardır. İlk avtomobillər 2020-ci ildə sahiblərinə çatdırılacaq.

AUTO.AZ



teqlər:
McLaren, McLaren Speedtail 25.10.2018

Şərhlər


AD