Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW tam yeni 3 Series təqdim etdi

BMW şirkəti G20 banında yeni nəsil 3 Series təqdim edib. O, F30-u əvəzləyəcək. BMW-nin F30 banında olan bundan əvvəlki 3-cü seriyası öz seqmentində ən çox satılan idi. Şirkətdən bildiriblər ki, G20 təkcə F30-un uğurunu təkrarlamayacaq, həmçinin daha yaxşı drayver avtomobili olacaq.

Sələfi ilə müqayisədə G20 85 mm uzun, 16 mm enli, 1 mm hündürdür. Təkər bazası 41 mm artaraq 2851 mm olub ki, bu da həmin sinifdə ən böyük göstəricidir. G20 vizual olaraq daha enli, alçaq və aqressiv görünür və dizaynı şirkətin 5-ci seriyasını xatırladır.

Avtomobilin salonunda yeni informasiya-əyləncə sistemi var ki, o, səs komandaları ilə çalışa bilir, sizin üstünlüklərinizi, vərdişlərinizi və s. yadda saxlayır. Cihazlar paneli də virtual alınıb. Yenilik sürücüyə kömək edən elektron sistemlərlə də təchiz edilib.

Yeniliyin kapotu altında bir neçə təkmilləşdirilmiş 4-silindrli mühərriklər olacaq. Məsələn, 2-litrlik turbolaşdırılmış variant 187 a.g. və 400 Nm fırlanma anına malikdir, avtomat sürət qutusu ilə 100 km/saatı 6,8 saniyəyə, mexanika ilə 7,1 saniyəyə yığır. 330i versiyası 255 a.g. və 400 Nm fırlanma anı olan mühərrik alacaq, yerindən ilk yüzlüyə 5,8 saniyəyə sürətlənəcək.

Bir qədər sonra 4-silindrli mühərriklərə 6-silindrli güc qurğuları da qoşulacaq. Onlar 382 a.g. və 500 Nm fırlanma anına malik olacaq, 100 km/saatı 4,2 saniyəyə yığacaq.

AUTO.AZ



teqlər:
BMW, BMW 3-Series 22.10.2018

Şərhlər


AD