Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TopCar Design-dan Lamborghini Urus

Lamborghini Urus modeli aqressiv dizaynı və məhsuldarlıq göstəricilərinə görə ən möhtəşəm və ekzotik yolsuzluq avtomobillərindən biridir. Porsche Cayenne və ya BMW X6 M modellərindən fərqli olaraq, Urus Lamborghini-nin dizayn fəlsəfəsinə sadiq qalır (xüsusilə, korpus üçün 2/3, pəncərə üçün 1/3 formulu). Bu formul Aventador və Huracan modellərinin istehsalında hazırlanıb.

Əlbəttə, avtomobil sənayesində bu seqmentdə öz yolsuzluq avtomobilini fərqləndirmək və onu tüninq vasitəsilə daha da cəlbedici etmək istəyən mütləq tapılacaq. Şəkildə görünən nümunə üzərində Rusiyanın TopCar Design studiyasının əməkdaşları işləyiblər.

TopCar ustaları kifayət qədər ağır modifikasiya siyahısı hazırlayıblar. Buna aqressiv spoylerdən və böyük disklərdən tutmuş yeni yan ətəklər, arxa diffuzor, arxa spoyler və ventilyasiya kəsikləri üçün təkmilləşdirilmiş hissələr daxildir. Ənənəvi olaraq, banın hər yeni detalı, o cümlədən kapot karbon lifindən hazırlanıb. TopCar-ın əməkdaşlarının sözlərinə görə, Urus-un ən eksklüziv hissəsi onun salonudur.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Urus, TopCar 17.10.2018

Şərhlər


AD