Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi-dən R8 LMS Racer idman avtomobili

Audi şirkəti dünyanın müxtəlif ban yürüşlərində iştirak etmək üçün 2015-ci ildə hazırladığı superkar R8 LMS-in təkmilləşdirilmiş versiyasını təqdim edib. Yeni model bir sıra aerodinamik yeniliklər alıb ki, onlar sıxma gücünün artırılmasına, qarşı müqavimətin azaldılmasına, habelə əyləc sisteminin daha yaxşı soyudulmasına yönəlib.

Modelin mühərriki standart ciddi yürüşlərə uyğun olmaq üçün demək olar ki, dəyişməyib – 5,2-litrlik, 585 a.g. və 550 Nm fırlanma anına malik atmosferli V10.

Bununla yanaşı, 6-pilləli sekvental sürət qutusu, mufta, diferensialı bloklayan sistem güc qurğusunun məhsuldarlığının artırılması məqsədilə təkmilləşdirilib. Təhlükəsizlik sistemi də yaxşılaşdırılıb. Bütün bunlara baxmayaraq, model 25 kq yüngül alınıb, banın sərtliyi isə 39 faiz çoxalıb.

AUTO.AZ



teqlər:
Audi, Audi R8 14.10.2018

Şərhlər


AD