Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bugatti yeni hiperkar təqdim etdi

Bugatti şirkətinin model sıralaması ikiqat böyüyüb: şirkət Divo adlı hiperkarın sirrini açdı. O, Chiron-dan daha müasir və dinamikdir. Düzdür, Bugatti-nin iki hiperkarını eyni vaxtda istehsal etmək uzun çəkə bilməz.

Bugatti-nin yeniliyinin əsasında Chiron-dan tanıdığımız platforma dayanır. Lakin tətbiq edilən yenilikləri nəzərə alaraq, Divo-nu məxsusi model hesab etmək olar. Şirkətin rəhbəri Stefan Vinkelman bildirib ki, Divo döngələr üçün yaradılıb.

Hiperkar aerodinamikası yenidən tənzimlənmiş tam yeni ban alıb, lakin şirkətin mütəxəssisləri fəxrlə bildirirlər ki, Divo-nun Bugatti olduğu asanlıqla bilinəcək. Hiperkar yeni diodlu qabaq optika, qabaq spoyler, tənzimlənən arxa palçıq qoruyucusu, yeni diffuzor, fərqli yanacaq vurma sistemi ilə təchiz edilib. Nəhayət, Divo 44 elementdən ibarət müasir arxa fənərlər alıb. Yeni aerodinamik elementlər 456 kq sıxma gücünü generasiya edir ki, bu da Chiron-dan 90 kq çoxdur.

Çoxlu sayda hava çıxıntıları (o cümlədən damdakı tam yeni hava çıxıntısı) təkcə mühərriki və əyləc mexanizmini soyutmur, habelə aerodinamikanı yaxşılaşdırır.

Bugatti Divo yenidən tənzimlənmiş asılqan alıb. Chiron ilə müqayisədə yeni hiperkar daha yüngül alınıb. Daha çox karbondan, yüngül təkər disklərindən istifadə, səsboğuculardan imtina və daha kompakt audiosistemin quraşdırılması sayəsində mühəndislər Divo-nu 35 kq yüngül ediblər.

Nəticədə hiperkarın maksimal sürəti elektronika vasitəsilə 380 km/saatda məhdudlaşdırılıb (Chiron-da bu göstərici 420 km/saatdır). Lakin Divo testlərdə Nardo trekini donorundan 8 saniyə tez başa vurub.

Qeyd edək ki, Bugatti mühəndisləri güc qurğusuna da əl dəyməyiblər, o elə Chiron ilə eynidir. Divo 16-silindrli, 1500 a.g. olan mühərriklə təchiz edilir. Yeri gəlmişkən, bir qədər əvvəl istehsalçı bildirmişdi ki, Divo 100 km/saat sürəti yığmaqda da Chiron-u üstələyəcək. Lakin hələlik bu göstəricilər barədə məlumat verilmir.

Avtomobilin dəyərinin 5 milyon avro olmasına baxmayaraq, şirkət rəsmi təqdimata qədər artıq 40 avtomobilin sifarişini alıb. Şirkət rəhbəri deyib ki, debütə qədər onlar Divo-nu bir neçə seçilmiş müştəriyə göstəriblər və bundan dərhal sonra bütün tiraj satılıb.

AUTO.AZ



teqlər:
Bugatti, Bugatti Divo 12.10.2018

Şərhlər


AD