Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi elektrikli krossover təqdim edib

Audi şirkəti ABŞ-ın San-Fransisko şəhərində özünün seriyalı tam elektrikli krossoveri e-Tron-u təqdim edib. Yolsuzluq avtomobilinin qiyməti 74800 dollardan başlayır.

Krossover MLB Evo platformasında yığılıb. Onun qabaritləri Q8 modelinə nisbətən bir qədər kiçikdir, lakin rəqibi Mercedes-Benz EQC-dən böyükdür. Bundan əlavə, Jaguar I-Pace-dən fərqli olaraq yeni yolsuzluq avtomobilində 5 nəfər rahat otura bilər.

E-Tron iki elektrik mühərriki ilə hərəkətə gətirilir ki, onlar 95 kVt-lıq batareya ilə birgə çalışırlar. Audi avtomobilin at gücü və fırlanma anı barədə məlumat verməyib, lakin ilkin informasiyaya görə, e-Tron 355 a.g. və 561 Nm fırlanma anı əldə edə bilər. Lazım gəldikdə isə, xüsusi sistem krossoveri 402 a.g. və 664 Nm-dək gücləndirə bilər. Krossover yerindən 100 km/saata 5,5 saniyəyə sürətlənir. Maksimal sürət isə 200 km/saatdır.

Audi, həmçinin e-Tron-un elektrik mühərrikləri üçün xüsusi enerji rekuperasiyası sistemi hazırlayıb. Bu sistem sayəsində avtomobil hərəkət şəraitindən asılı olaraq 30 faiz enerjiyə qənaət edir. Beləliklə, tam dolu akkumulyatorla krossover 400 km məsafə qət edə bilər. Batareyanı 30 dəqiqə ərzində 80 faiz doldurmaq olar.

Bundan əlavə, Audi e-Tron tam ötürücülü avtomobil olacaq. O, bir sıra köməkçi elektron sistem alacaq ki, bu, fırlanma anını dərhal təkərlər arasında bölüşdürəcək, dartma gücünü tənzimləyəcək.

Müştərilərə səyahət şəraitindən və sürmə üslubundan asılı olaraq 7 müxtəlif hərəkət rejimi təklif ediləcək. Maraqlıdır ki, elektron sistem bu zaman avtomobilin hündürlüyünü 76 mm diapazonunda özü tənzimləyəcək. Məsələn, uzaq yol sürərkən aerodinamikanın yaxşılaşdırılması üçün avtomobilin hündürlüyü aşağı düşəcək.

AUTO.AZ



teqlər:
Audi, Audi e-tron 10.10.2018

Şərhlər


AD