Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Benz-dən yeni B-Class

Mercedes-Benz şirkəti tam yeni kompakt miniven B-Class-ı təqdim edib. O, dekabrın 3-də satışa çıxarılacaq. Paris avtoşousunda təqdim edilən yeni nəsil Mercedes-Benz B-Class BMW 2 Series Active/Gran Tourer ilə rəqabət aparmalıdır. Avtomobil sələfinə nisbətən daha böyük və dinamik dizayn alıb və alman mütəxəssislərin fikrincə, minivenlər arasında seçilir.

B-Class-ın daha qısa çıxıntıları, səlis dam xətti var. Onun qabaq və arxa hissələri tam yenilənib. Bundan əlavə, B-Class opsiya qismində diodlu faralar, damda böyük spoyler, 16-dan 19-düymədək təkər diskləri alıb.

Yeni dizayn sayəsində 2019-cu model ilinə aid Mercedes-Benz B-Class öz sinfində ən yaxşı aerodinamikaya malikdir. Bu və digər konstruktor həlləri salonda səsi azaltmağa imkan verib.

Salonda sürücünün və qabaq sərnişin hissə son A-Class-dan 90 mm hündür düzəldilib ki, bu da daha yaxşı görmə imkanı yaradır. Cihazlar paneli isə son A-Class ilə demək olar eynidir. Daha uzun təkər bazası sayəsində (30 mm çoxalıb) arxa oturacaq sərnişinlərin ayaqları üçün yer bir qədər böyüyüb, baqajın həcmi 455 litrdən 705 litrədək artıb.

B-Class-ın kapotu altında yeni və ya təkmilləşdirilmiş mühərrik dayanır ki, o, ekoloji cəhətdən təmiz Euro 6d-TEMP standartına cavab verir. 1,5-litrlik dizel mühərrik 114 a.g. və 260 Nm fırlanma anına malikdir. 2-litrlik mühərrik də peyda olub ki, o, 147 a.g. və 190 Nm verir. Mühərrik 8-pilləli, iki muftalı avtomat sürət qutusu ilə birgə çalışır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes B-Class 05.10.2018

Şərhlər


AD