Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai şirkəti yeni Elantra modelini təqdim edib

Hyundai şirkəti ABŞ-ın Yuta ştatında xüsusi olaraq mətbuat üçün təşkil edilmiş tədbirdə yeni Elantra-nı nümayiş etdirib. Model yeni xarici görünüş alıb və məxsusi olaraq Şimali Amerika bazarı üçün istehsal edilib.

Elanrta-nın eksteryeri bir qədər dəyişilib. O, xarici görünüşü üçbucaq üslubda hazırlanıb. Faralar, duman əleyhinə işıqlar, radiator barmaqlığı və arxa optika məhz belə formadadır. Elanrta-nın salonunda 7-düymlük ekranı olan yeni multimedia sistemi, yeni sükan, cihazlar paneli var. Klimat-kontrol da bir qədər yenilənib.

Bazadan başqa, bütün versiyalar fəal təhlükəsizlik sistemi ilə təchiz edilib – avtomatik əyləc funksiyası olan qarşı toqquşmadan qoruma sistemi, kor zonalara nəzarət sistemi, hərəkət zolağının dəyişilməsi barədə xəbərdarlıq sistemi, habelə köndələn istiqamətdə hərəkətdə olan avtomobillər barədə xəbərdarlıq edən arxa görünüş kamerası.

Yalnız mühərrik qamması dəyişilməyib. Yeni Elantra turbolaşdırılmış 1,4- və 1,6-litrlik, atmosferli 2-litrlik mühərriklərlə təchiz edilir. Atmosferli mühərrik 149 a.g., turbolaşdırılmış mühərriklər isə müvafiq olaraq 130 və 204 a.g.-ə malikdir. Mühərriklərdən asılı olaraq avtomobildə ya 6-pilləli mexaniki, ya da 7-pilləli robotlaşdırılmış sürət qutusu quraşdırılır.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Elantra 01.10.2018

Şərhlər


AD