Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Volkswagen kiçik krossover təqdim edib

Volkswagen şirkəti öz yeni krossoveri T-Cross-un rəsmi təqdimatını keçirib. Təqdimat eyni zamanda üç şəhərdə olub – Amsterdam, Şanxay və San Paoloda. Yeni krossover T-Cross-un tizer kampaniyası nəhayət başa çatdı və Volkswagen rəsmi surətdə hələlik ən kiçik yolsuzluq avtomobilinin üzərindən örtükləri götürdü.

Konstruksiya cəhətdən T-Cross Volkswagen-in müxtəlif modellərinin kombinasiyasıdır. Belə ki, avtomobilin qabaq hissəsi faralara və radiator barmaqlıqlarına görə Touareg-in dizaynını, yan tərəfdən isə Tiguan-ı xatırladır. Avtomobilin arxa hissəsi isə nazik xətlə birləşmiş və krossoverə enli görünüş verən yeni fənərlər sayəsində tamamilə individual alınıb.

T-Cross da Polo ilə eyni platformaya malikdir və buna görə də yalnız qabaq ötürücülüdür. Hətta ən bahalı komplektasiyalarda və opsiya şəklində də tam ötürücü yoxdur.

Bununla yanaşı, MQB platforması mühəndislərə banın uzunluğu ilə müqayisədə (4,11 metr) müəyyən qədər kiçik təkər bazası (2,56 metr) düzəltməyə imkan verib. Nəticədə interyer daha geniş alınıb və salonda hətta 5 nəfər də əyləşə bilər.

Yeniliyin kapotu altında 4 variantda mühərrik təklif edilir – üç benzin və bir dizel. Onlardan ikisi turbolaşdırılmış 1-litrlik, 3-silindrli, 94 və 113 a.g.-ə malik mühərriklərdir. T-Cross, həmçinin 1,5-litrlik, 4-silindrli, 148 a.g. verən benzin və 1,6-litrlik, 94 a.g. verən dizel mühərriklərlə təklif edilir. Sürət qutusu ya 5-pilləli mexaniki, ya da 6-pilləli avtomatla seçilə bilər.

AUTO.AZ



teqlər:
Volkswagen, Volkswagen T-Cross 30.09.2018

Şərhlər


AD