Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW rodster Z4-ü rəsmi surətdə təqdim edib

BMW şirkəti Pebbl-Biçdə keçirilən müsabiqədə rodster Z4-ün ilk seriyalı nümunəsini təqdim edib. O, M40i First Edition modeli formasında nümayiş etdirilib və eksklüziv narıncı rəngə boyadılıb. Model BMW tərəfindən bir il əvvəl elə bu festivalda təqdim edilmiş konsept əsasında yığılıb.

Alman markasının əvvəlki rodsterlərindən fərqli olaraq, yeni avtomobil sərt dam əvəzinə, yumşaq yığılan dam alıb. Avtomobil, həmçinin torlu əlavələri olan yeni radiator barmaqlığı, enli hava çıxıntıları, fərqli kapot və optika alıb.

Modelin interyeri dekorativ tikişləri olan qara dəri ilə işlənib, oturacaqlarda yaddaş funksiyası quraşdırılıb. Model güclü audiosistemə, rəqəmsal cihazlar panelinə, üçmilli sükana, böyük informasiya-əyləncə sisteminə malikdir.

BMW bildirir ki, Z4 oxlar arasında unikal ağırlıq bölgüsü (50-50), geniş təkər bazası alıb ki, bu da yaxşı idarəetməni təmin edir. Avtomobildə, həmçinin elektron idarəedilən amortizatorları olan idman asması, M Sport əyləc sistemi, elektron idarəedilən M Sport arxa diferensial quraşdırılıb.

Bu modeldə 6-silindrli, turbolaşdırılmış, 335 a.g. verən 3-litrlik mühərrik quraşdırılıb. O, Z4-ü yerindən 100 km/saata 4,6 saniyəyə sürətləndirir.

AUTO.AZ



teqlər:
BMW, BMW Z4 20.09.2018

Şərhlər


AD