Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi universal bolid hazırlayıb

Audi şirkəti son illərin qeyri-adi konseptlərindən birinin sirrini açıb. Elektrikli superkar PB18 e-tron 100 km/saatı Bugatti Chiron-dan tez yığır və sürücünü həm kənarda, həm də ortada yerləşdirə bilər.

Konseptual superkar həm gündəlik istifadə, həm də idman traslarında yürüş üçün nəzərdə tutulub. İstehsalçıların sözlərinə görə, məhz bu, superkarın bütün konstruksiyasını müəyyən edib. Onun yaradılması zamanı Audi mühəndisləri dözümlülük yarışı üçün nəzərdə tutulan R18 prototipindən ilhamlanıblar.

Konsept orta mühərrik tərtibatı, yürüş prototiplərində olduğu kimi, adaptiv amortizatorları olan ikiqat köndələn rıçaqlı tam müstəqil asma alıb. 22-düymlük təkər disklərinin arxasında 19-düym diametrlik karbon diskləri olan  əyləc mexanizmi dayanıb. Audi PB18 e-tron-u şərti olaraq orta mühərrik tərtibatlı adlandırmaq mümkündür. Belə ki, onun güc qurğusu ümumilikdə 680 a.g. və 830 Nm fırlanma anına malik olan 3 elektrikli mühərrikdən ibarətdir. Bu güc isə 775 a.g.-dək artırıla bilər. 4,5 metrlik konsept 100 km/saatı 2 saniyəyə yığır.

Audi PB18 e-tron 1,5 tondan bir qədər ağırdır. Bu, karbon konstruksiya, alüminium, habelə xüsusi akkumulyatorlardan istifadə sayəsində mümkün olub. 95-kilovatlıq batareya avtomobilə 500 km məsafə qət etməyə imkan verir. Xüsusi avadanlıq vasitəsilə enerjini 15 dəqiqəyə doldurmaq mümkündür. Bundan əlavə, konsept simsiz enerji doldurma sistemi ilə təchiz edilib.

Konseptin salonu onun əsas bəzəyidir. Yürüş prototiplərində sürücü yerinin ortada olduğunu nəzərə alaraq, Audi mühəndisləri qərar gəliblər ki, PB18 pilotuna da bu imkanı versinlər. Lakin onlar sərnişinləri də nəzərə alıblar. Onlar kokpiti və sürücü kreslosunu birləşdiriblər və onun üfüqi istiqamətdə yerini dəyişməsi üçün xüsusi qurğu quraşdırıblar.

Daha bir yenilik shooting brake tipli ban sxemidir. O, ənənəvi orta mühərrikli kupedən fərqlənir. Bu sxem konseptin baqajının həcmini 470 litrə çatdırıb. Konsept, həmçinin bəzi fəal aerodinamik elementlər, matrisalı optika ilə təchiz edilib. Sürücü emosiyalarını nəzərə alaraq, avtomobildə heç bir avtonom idarəetmə sistemi quraşdırılmayıb.

Şirkət Audi PB18 e-tron-un seriyalı istehsalı barədə hələlik söhbət açmır. Lakin çox güman ki, konseptdə istifadə edilən bəzi elementlər Audi-nin gələcəkdə istehsal edəcəyi modellərdə tətbiq olunsun.

AUTO.AZ



teqlər:
Audi, Audi PB18 e-tron 15.09.2018

Şərhlər


AD