Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche yeni unikal Project Gold təqdim edib

Porsche şirkəti nəhayət xüsusi layihəsini - Project Gold təqdim edib. O, markanın 70 illik yubileyi münasibətilə 911 Turbo Classic əsasında yaradılıb.

Porsche layihə üzərində 18 ay işləyib və tam yeni avtomobil yaradıb. Hava soyutma sistemi ilə təchiz edilən bu avtomobil mexaniki sürət qutusu və tam ötürücü alıb.

Avtomobil qızılı rəngə boyanıb. Onun əsasında 993 modelinin orijinal ban karkası dayanır ki, avtomobilə yeni və orijinal görünüş vermək, lakin klassik motivləri saxlamaq üçün onun üzərində çox iş görülüb.

Salon, həmçinin konservativ üslubda hazırlanıb. Oturacaqlarda və interyerin vəzi detallarında sarı xətlər var.

Project Gold-un kapotu altında klassik 3,6-litrlik, 6-silindrli, turbo yükləyicili mühərrik dayanır ki, o, 450 a.g.-ə malikdir. Bu güc qurğusu məhdud sayda istehsal edilmiş (345 ədəd) 911 Turbo S (993) versiyasında da quraşdırılıb.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Project Gold 10.09.2018

Şərhlər


AD