Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda sportkar NSX-i təkmilləşdirib

Yaponiyanın Honda şirkəti sportkar NSX-in 2019-cu il modelini təqdim edib. Təkmilləşdirilmiş versiya məhsuldarlığın artırılmasına yönəlmiş bir sıra yeniliklər alıb. NSX daha böyük qabaq və arxa sabitləşdiricilər alıb, arxa təkər toplarının və əsas dartqıların sərtliyi artırılıb.

Avtomobilin elektrikli sükan gücləndiricisini, sabitləşdirici sistemini və fəal amortizatorlarını idarə edən proqram yenidən tənzimlənib ki, bu da gündəlik idarəetmədə yumşaqlıq, idman rejimində isə sərtlik verir.

Modelin baza təchizatına məxsusi olaraq NSX üçün hazırlanmış Continental SportContact 6 şinləri daxildir ki, bu da avtomobilin sürət xarakteristikasını yaxşılaşdırmağa kömək edir.

Avtomobilin mühərriki dəyişilməyib – 3,5-litrlik, 6-silindrli, turbo yükləyicisi olan güc qurğusu 3 elektrik mühərriki və 9-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Ümumilikdə, mühərrik 573 a.g.-ə malikdir. NSX yerindən 100 km/saata 3 saniyəyə sürətlənir, maksimal sürət isə 307 km/saatdır. Lakin mühərrik bir qədər dəyişilib və indi Euro-6 standartlarına cavab verir.

AUTO.AZ



teqlər:
Honda, Honda NSX 05.09.2018

Şərhlər


AD