Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari — ən gəlirli avtomobil brendi

Son illər nəhəng avtomobil istehsalçıları gəlir əldə etmək məqsədilə səmərəliliyi artırmağın yollarını axtarırlar. Məsələn, Nissan Şimali Amerikada model sırasını 20 faiz azaltmağı, Ford isə Avropa və Cənubi Amerika bazarları üçün böyük dəyişikliklər etməyi planlaşdırır. Belə görünür ki, böyük istehsalat və yüksək rentabellik heç də həmişə bir-birini tamamlamır.

İqtisadiyyat üzrə professor Ferdinand Dudenxofferin apardığı tədqiqat göstərir ki, 2018-ci ilin ilk yarısında avtomobil sənayesində ən gəlirli brend Ferrari olub. İtaliya istehsalçısının hər bir satılan avtomobildən əldə etdiyi gəlir 69000 avro təşkil edir.

Alman brendlərinə gəldikdə, Porsche Mercedes-Benz, BMW və Audi-dən demək olar ki, ikiqat sərfəlidir. O, hər satışda 17000 avro xeyir verir, sadaladığımız digər modellər isə cəmi 9000 avro.

İtaliyanın Maserati və İsveçin Volvo şirkətləri hər avtomobil satışından təqribən 5000 avro qazanırlar. Jaguar Land Rover isə hər avtomobildən cəmi 800 avro qazanıb.

Bentley isə hər satışda 17000 avro itirir. Şirkətdən bildiriblər ki, bunun səbəbi elektrokarların hazırlanması üçün lazım olan texnologiyaya investisiya qoyulması ilə əlaqədardır. Eyni problemlə Tesla şirkəti də üzləşib. O, hər bir avtomobilin satışında 11000 avro ziyan edir.

Maraqlıdır ki, Rolls-Royce və Lamborghini öz maliyyə göstəricilərini ictimaiyyət üçün bağlayıb.

AUTO.AZ



teqlər:
Ferrari 10.08.2018

Şərhlər


AD