Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lumma Design asılqanında Audi SQ5

Rəsmi surətdə bazara çıxışından sonra Audi SQ5 bir sıra müsbət rəylər alıb. Bununla da o, öz seqmentində yaxşı müasir krossover adı aldı. Ona baxdıqda bu ada şübhə ilə yanaşmaq mümkün deyil. Bu yolsuzluq avtomobili çox cəld, texnoloji cəhətdən qabaqcıl və dözümlüdür. Xarici görünüş də çox cəlbedicidir. Audi SQ5 yeni asılqan dəsti üçün əla namizəddir.

Almaniyanın Lumma Design atelyesinin əməkdaşları vaxtı boş yerə sərf etməyiblər və SQ5 modeli üçün ban dəsti hazırlayıblar. Şübhəsiz, CLR 5S adlı yeni dəst yolsuzluq avtomobili daha dəqiq və aqressiv edib.

Dəstə yeni qabaq spoyler, enli qabaq və arxa təkər arkaları, yeni splitter, yan ətəklər, enli arxa önlük, diffuzor, qapı panelləri, qazburaxma sistemi üçün üzərində Lumma loqotipi olan yeni dördkünc borular, müştərilərin istəklərinə uyğun olaraq arxa spoyler əlavəsi daxildir. Bütün hissələr poliuretan plastikdən hazırlanıb.

Avtomobilin digər hissələri isə dəyişilməyib: Audi SQ5 6-silindrli, 3,0-litrlik, 350 a.g. və 500 Nm-ə malik TFSI mühərriki ilə təchiz olunub. O, ilk yüzlüyü 5,4 saniyəyə yığır. Yolsuzluq avtomobilinin çəkisini nəzərə alsaq, bu yaxşı göstəricidir.

AUTO.AZ



teqlər:
Audi, Audi SQ5, Lumma Design 08.08.2018

Şərhlər


AD