Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Honda Civic modelini yeniləyib

Honda 2019-cu ilə məxsus təkmilləşdirilmiş Civic modeli barədə informasiya və fotolar yayıb. Avtomobil bu yaxınlarda Şimali Amerika bazarında satışa çıxarılacaq.

Avtomobilin xarici görünüşü çox dəyişib. Onun banının qabaq və arxa hissəsi tam yeni dizayndadır. Xrom işləmələr alan radiator barmaqlığı və bamper yenilənib, banın yuxarı hissəsi isə indi parlaq qara rəngdədir. Avtomobil, həmçinin yeni optika, yeni dizaynda 18-düymlük təkər diskləri ilə təchiz olunub.

Civic, eyni zamanda, yeni Sport komplektasiyası alıb. O, qabaq aşağı və yan tərəflərdə qara parlaq işləmələrlə seçilir. Sedan arxa spoyler, arxa bamperdə splitter şəklində əlavə, qaz buraxma sistemi üçün çoxkünclü xrom borular da alıb.

Bu komplektasiya variatorla birgə çalışan 2-litrlik benzin mühərriklə təchiz edilir və əl ilə ötürmə funksiyasına malikdir. Civic Sport, həmçinin 7-düymlük ekranı olan yeni informasiya-əyləncə sistemi alıb.

Civic qəza tormozlaması sistemi ilə də lovğalana bilər. Bu sistem qarşı toqquşma barədə də xəbərdarlıq edir, avtomobili bir hərəkət zolağı ilə aparır və onu dəyişəndə xəbərdarlıq edir, habelə o, adaptiv kruiz-kontrol sisteminə malikdir.

AUTO.AZ



teqlər:
Honda, Honda Civic 06.08.2018

Şərhlər


AD