Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus Smart Fortwo Cabrio-nun gücünü artırıb

Brabus atelyesinin adı dünyada ilk növbədə Mercedes-Benz markasının avtomobilləri ilə birgə çəkilir. Lakin Brabus, həmçinin Smart-ın tüninqi ilə məşğuldur. O, həm öz konserni, həm də müştərilər üçün modifikasiyalar hazırlayır. Təqdim edilən Smart bu avtomobillərdən biridir. O, 125R adı alıb. Brabusun digər işləri kimi, bu model elə də sürətli və güclü deyil, lakin mütəxəssislər əla iş görüblər.

İş Smart Fortwo Cabrio modeli üzərində aparılıb. Brabus ustaları əvvəlcə 3-litrlik, 71 a.g. və 91 Nm gücü olan mühərrikin göstəricilərini artırıblar – 123 a.g. və 200 Nm. O, ilk yüzlüyə 9,2 saniyəyə sürətlənir, maksimal sürət isə 175 km/saatdır. Bu göstərici ECU blokun, yeni qazburaxma sisteminin, interkulerin quraşdırılması sayəsində əldə olunub.

Gücləndirilmiş mühərrikdən əlavə avtomobil yeni asma, qabaqda 16-, arxada isə 17-düymlük disklər, Yokohamadan yeni şinlər alıb. Klirens 30 mm aşağı salınıb. Ustalar Smart-ın salonunu da yaddan çıxarmayıblar. Bu avtomobildən 125 ədəd istehsal ediləcək. Qiyməti isə 46000 dollar olacaq.

AUTO.AZ



teqlər:
Smart, Brabus 04.08.2018

Şərhlər


AD