Bir qədər əvvəl avtomobil Çin üçün uzun təkər bazalı, Avropa üçün isə hetçbək formasında buraxılmışdı. İndi standart A-Class dördqapılı kupe CLA və böyük sedan C-Class arasında yer tutmalıdır. Bu avtomobil Şimali Amerika və planetin digər regionlarındakı bazarlarda Audi A3-ə rəqib olacaq.
Qeyd edilir ki, avtomobil cari ilin oktyabrında Parisdə debüt edəcək. lakin avtomobil sevənlər artıq Mercedes-Benz-in yeniliyi barədə informasiya və onun şəklini əldə ediblər.
Sedanın qabarit uzunluğu 4549 mm, eni 1796 mm, hündürlüyü 1446 mm, təkər bazası isə 2729 mm-dir. Nəticədə yenilik CLA-dən 91 mm qısa, 19 mm enli, 14 mm hündür alınıb. Oxlar arasında da məsafə böyüyüb (+30 mm), baqajın həcmi isə 50 litr azalıb – 470-dən 420 litrə düşüb.
İstənilən halda A-Class-ın aerodinamik xarakteristikası bütün seriyalı avtomobillərdəkindən daha yaxşıdır – cəmi 0,22. Bu, potensial alıcıları kiçildilmiş baqaja fikir verməkdən çəkindirəcək.
Avtomobilin qabaq şassisi standart McPherson alıb. Modellərin bir çoxunda sadə balkadan, tam ötürücülü, adaptiv amortizatorları və güclü mühərrikləri olan versiyalarda isə çoxrıçaqlı quraşdırılır.
Mühərrikin növü avtomobilin hansı bazar üçün təklif ediləcəyindən asılıdır. İlkin olaraq 3 versiya əlyetərlidir – iki benzin və bir dizel. Ən güclü 2-litrlik turbo dördlük 188 a.g., 300 Nm fırlanma anına malikdir və 7-pilləli, iki muftalı avtomat sürət qutusu ilə birgə işləyir. Avtomobilin bu versiyası həm qabaq, həm tam ötürücülü olacaq.
Mühərrikin ikinci variantı – 1,3-litrlik dördlük isə 163 a.g., 250 Nm-ə, 1,5-litrlik A180d isə 116 a.g., 260 Nm-ə malikdir. Bu mühərriklər də 7-pilləli avtomatla çalışacaq.
teqlər: | Mercedes-Benz, Mercedes A-Class | 01.08.2018 |