Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche yeniənmiş Macan təqdim edib

Porsche şirkəti Şanxayda restaylinq olunmuş krossover Macan təqdim edib. 2014-cü ildə debüt etmiş kompakt krossover Macan tezliklə dünya bazarında məşhurlaşıb. İndi təkmilləşmə vaxtıdır, lakin bu qlobal olmadı. Siz restaylinq edilmiş variantı adi variantdan çətinliklə fərqləndirə bilərsiniz. Çox güman ki, markaya olan ehtiyac və onun məşhurluğunu nəzərə alan Porsche inqilabi dəyişikliklər etməmək qərarına gəldi və onun kompakt krossoverlər bazarında rəqabətədavamlılığını qorumaq üçün modeli azca yenilədi.

Yeni Macan-da nəzərə ilk çarpan arxa fənərlərdir ki, onlar diodlu xətlə birləşiblər. Bu versiya Cayenne və Panamera-da da istifadə edilib. Avtomobilin qabaq bamperinin dizaynı bir qədər dəyişib, yumru hərəkət işıqları yoxa çıxıb, yeni diodlu faralar peyda olub, qabaq LED optika isə artıq baza versiyada əldə edilə bilər. Bundan əlavə, opsiya qismində dinamik işıqlandırma sistemi də almaq olar.

Beləliklə, vizual olaraq restayl edilmiş Macan qabaq hissədə səlis xətlər hesabına daha yüngül görünür. Lakin əslində avtomobilin ölçüləri dəyişilməyib. Mühərrik qammasına gəldikdə, KİV-lərin məlumatına görə, Avropa versiyasında olan Macan bərk hissələrin quraşdırılması səbəbindən 7 a.g. zəif olacaq – bu, avtomobilin ekoloji cəhətdən təmizlik sertifikatı alması üçün yeni şərtdir. Bu şərt Avropada getdikcə sərtləşir. İndi 2-litrlik turbolaşdırılmış dördlük 252 deyil, 245 a.g. verir. Lakin bu, elə də hissolunan deyil. Mühəndislər şassini, sürət qutusunu, elektronikanı yenidən tənzimləyiblər.

Digər tərəfdən daha güclü Macan S versiyası bir qədər də güclü olub – indi 3-litrlik turbolaşdırılmış V6 354 a.g. verir (əvvəlki versiya 340 a.g. idi). Ən güclü Macan Turbo versiyası isə 2,9-litrlik V6, ikiqat turbo alıb və indi 440 a.g.-ə malikdir. Bu mühərrik Cayenne və Panamera modellərində quraşdırılır.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Macan 30.07.2018

Şərhlər


Elanı Premium etmək

Daha tez satmaq imkanı!

Elanınız əsas səhifədəki Premium elan blokunda, sifariş olunan zaman müddətində göstəriləcək.
Orta hesabla, 10 dəfə daha çox baxış, 5 dəfə daha çox cavablanma, satışlar bir neçə dəfə tez həyata keçirilir!

Həmin elanın təkrar uzadılması zamanı cari xidmət müəyyən olunmuş günlərin sayı qədər uzadır (günlər toplanır).



Elanınızın nömrəsi:

Belə nömrə ilə elan mövcud deyil

Credit cardPortmanat