Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Carlex Design atelyesindən Mercedes X-Class

Carlex Design atelyesi pikap Mercedes-Benz X-Class-ın möhtəşəm modifikasiyasını təqdim edib. O, Yachting Edition adı alıb. Şirkətin mütəxəssisləri modelin xüsusi versiyasına karbon bodi-kit quraşdırıblar. Ona 15 müxtəlif komponent daxildir, o cümlədən qabaq və arxa bamperlər, kapot üzərində xüsusi əlavə, təkər arkaları, spoyler və arxa fənərlərin çərçivəsi.

Mercedes X-Class Yachting Edition, həmçinin radiator barmaqlığı, Mercedes-Maybach 650-dən təkər diskləri alıb. Bununla belə pikapın banının aşağı hissəsi xüsusi açıq krem rəngi alıb, üst hissə isə şokolad-qəhvəyi rəngə boyanıb. Pikapın salonu da dəyişilib. İnteryerdə tünerlər alkantarada və Nappa Porzellan dərisindən istifadə ediblər ki, bundan Maybach-da çoxdur.

Bundan əlavə, avtomobilin salonu ekzotik ağac növündən əlavələrlə bəzədilib, texniki hissəni isə tünerlər dəyişməyiblər. Carlex Design atelyesi bu modifikasiyadan məhdud sayda istehsal edəcək və hər birinin qiyməti 105 min avro olacaq.

AUTO.AZ

 



Şərhlər


AD