Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yeni Q3 təqdim edib

Almaniyanın avtomobil nəhəngi Audi təkmilləşdirilmiş krossover Q3-ü təqdim edib. Krossoverin xarici görünüşü daha bahalı və böyük Q8-i xatırladır. Bir qədər kiçik olan model demək olar ki, eyni radiator barmaqlığı, optika, güzgülər və hava çıxıntıları olan bamper alıb.

Lakin söhbət avtomobilin qabaq tərəfindəki dəyişikliklərdən gedir. Arxa hissə yenə də ilk nəsillə eynidir – sadəcə, banın forması, asma və fənərlər bir qədər dəyişib.  Əsas fərqlər bunlardır – tam yeni qaz buraxma sistemi. Onun boruları indi arxa bamperdə gizlədilib.

Yeni Q3-ün qabaritləri də kifayət qədər böyüyüb – model 10 sm uzun, 2,5 sm enli alınıb, hündürlük isə demək olar ki, dəyişilməyib (cəmi 5 mm alçalıb). Məntiqlidir ki, 7,7 sm uzun alınmış ban ilə yanaşı, təkər bazası da böyüyüb. Bütün bunlar sayəsində arxa oturacaq sərnişinlər üçün yer böyüyüb. Əvvəllər isə bu yer elə də böyük deyildi.

Uzun yol qət etməyi sevənlər və ya daha çox əşya daşımaq istəyənlər üçün isə yaxşı xəbər baqajın həcminin böyüdülməsidir - əvvəlki 420 litr əvəzinə baqaj indi 530 litr olub. Hətta bəzi komplektasiyalarda bu rəqəm 675 litrə çatır!

Yeni Q3-ün kapotu altında 3 variantda benzin mühərriki və bir turbo dizel olacaq. Onlar 1,4 və 2 litrlik həcmə, 150, 180, 200 və 220 a.g.-ə malik olacaqlar. 2 litrlik həcmi olan turbodizel 120, 150 və 185 a.b.-ə malik olacaq.

Göründüyü kimi, Audi modifikasiyaların sayını azaltmaq qərarına gəlib. Yeni mühərriklər barədə ətraflı məlumat yoxdur. Çox güman ki, onlar əvvəlkilərdən çox da fərqlənməyəcək. Ən çoxu 2-litrlik benzin mühərrikə 10 a.g. əlavə ediləcək. Bütün güc qurğuları 6-pilləli mexaniki və ya 7-pilləli avtomat S Tronic ilə birgə çalışacaq.

Salona gəldikdə, yeni Q3 indi Android Auto və Apple CarPlay-i dəstəkləyən yeni multimedia sistemi, Google Earth naviqasiyası və bir qədər maraqlı olan myAudi app əlavəsi ilə təchiz edilir. Bu əlavə avtomobili smartfon vasitəsilə açmağa imkan verir. Analoqlu cihazlar panelini indi rəqəmsal Audi virtual cockpit əvəz edir ki, o, iki komplektasiyaya malikdir – 10,25-düymlük baza və 12,3-düymlük bahalı versiyalar.

AUTO.AZ



teqlər:
Audi, Audi Q3 20.07.2018

Şərhlər


AD