Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti Q60S Larte Design-dan asma alıb

Larte Design atelyesi kupe Infiniti Q60S-in modelin idman görünüşünü vurğulamaq üçün karbon asma hazırlayıb.

Belə bodi-kiti olan avtomobil radiator barmaqlığı üçün standart xrom əvəzinə karbon haşiyə alacaq. Qabaq tərəfdə, həmçinin fərqli spoyler var. Karbon aksentlər duman əleyhinə fənərlər olan seksiyada da var.

Kupenin yan tərəflərindəki ventilyasiya kəsikləri və kandar əlavələri də karbondan hazırlanıb. Arxa hissədə fərqli diffuzor və palçıq qoruyucu da peyda olub. Tünerlər opsiya kimi Remus şirkətinin borularını da quraşdırmağı təklif edirlər.

Sifarişçinin istəyinə görə, asmanın komponentləri bazaltdan da hazırlana bilər. Larte Design mütəxəssisləri Infiniti Q60S-in texniki hissəsi barədə məlumat verməyiblər. Asmanın neçəyə başa gələcəyi də hələlik məlum deyil.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti Q60S, Larte Design 17.07.2018

Şərhlər


AD