Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley Mulsanne xüsusi versiyada

Bentley 2019-cu ildə 100 illik yubileyini qeyd edəcək. Avtomobil istehsalçısı bu möhtəşəm tədbir üçün Mulsanne-nin xüsusi versiyasını hazırlayıb. Bu versiya Mulliner atelyesinin mütəxəssisləri tərəfindən hazırlanıb və Britaniya markasının təsisçisi Uolter Ouen Bentlinin şərəfinə W.O. Edition adlandırılıb.

Xüsusi Bentley Mulsanne W.O. Edition-dan cəmi 100 ədəd istehsal ediləcək. Bu avtomobillərin hər birində 1930-cu ildə buraxılmış və təsisçinin özünə məxsus olan Bentley 8 Litre-dən detal olacaq.

Bir il sonra şirkətin təsisçisi avtomobili satmağa məcbur olmuşdu, lakin 2006-cı ildə Britaniya şirkəti bu tarixi avtomobili geri ala bildi, onu təkmilləşdirdi və orijinal kolenvalı dəyişdi. İndi bu kolenvalın bir hissəsi Mulsanne-nin ikinci sıra oturacağı üçün kokteyl bakalı rolunu oynayacaq. Yubiley modifikasiyasında bu yer əl ilə, dörd növ ağacdan, o cümlədən alüminiumdan və cilalanmış metaldan istifadə edilməklə hazırlanıb.

Bu hissə tarixi Bentley 8 Litre-nin radiator barmaqlığını və qabaq faralarını əks etdirən inkrustasiya ilə bəzədilib. Üzərində Uolter Bentlinin şəxsi imzası olan kolenval hissəsi isə baxış pəncərəsinin altında xüsusi yerdədir. Bentley Mulsanne W.O. Edition 2018-ci ilin avqustunda Monterey Car Week sərgisində təqdim ediləcək.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Mulsanne 15.07.2018

Şərhlər


AD