Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

G-Power Mercedes-AMG C63 S-i gücləndirib

G-Power atelyesinin tünerləri güclü sedan Mercedes-AMG C63 S-i təkmilləşdirib. Bundan sonra alman dördqapılısı müasir superkarlarla müqayisə edilə bilər. Alman mütəxəssislər sedanın xarici görünüşünü dəyişməyiblər, ona yalnız 20-düymlük Hurricane RR təkər diskləri quraşdırıblar.

Tünerlər əsasən 4,0-litrlik, iki turbinli V8-i gücləndiriblər. Nəticədə mühərrik 510 a.g.-dən 600 a.g.-ə, 700 Nm-dən 800 Nm-dək güclənib. Mühərrikin belə gücləndirilməsi Performance modulu sayəsində mümkün olub. Bu modul mühərrikin elektron idarəetmə blokunun zavod tənzimləmələrini bağlayıb.

Təkmilləşdirilmiş Mercedes-AMG C63 S yerindən 100 km/saata 3,8 saniyəyə sürətlənir, maksimal sürət isə 300 km/saatdır. Şirkətdən bildiriblər ki, proqram təminatında düzəlişlər mühərrikin dözümlülüyünə təsir etməyəcək. Buna baxmayaraq, atelyedən sedanın sürətləndirilməsi üçün daha ekstremal proqram sifariş etmək olar. Bu proqram sedana 800 a.g. verəcək.

Bu cür nəticəni əldə etmək üçün atelyedə turbinləri və qaz buraxma sistemini də təkmilləşdirmək lazımdır. Əlavə pul ödəməklə paslanmayan poladdan idman qaz buraxma sistemi də əldə etmək olar ki, o, səsi daha da yüksəldir. G-Power mütəxəssisləri hələlik bu paketin qiymətini açıqlamırlar.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes C-Class, AMG, G-Power 13.07.2018

Şərhlər


AD