Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

550-güclü Maserati Levante

Maserati şirkəti Hudvuddakı sürət festivalına yeni modifikasiyalı krossover Levante – GTS gətirdi. Yenilik sıralamada 590 a.g.-lü mühərrikə malik ən güclü Levante Trofeo-dan bir pillə aşağıda qərarlaşacaq.

Krossover 8-silindrli, 3,8-litrlik, 550 a.g.-ə malik tvin-turbo mühərriki ilə (fırlanma anı Trofeo-dakı kimi 730 Nm-dir) təchiz edilir. Aqreqat 8-pilləli avtomat sürət qutusu və tam ötürücü ilə birgə çalışır. Levante GTS ilk yüzlüyü 4,2 saniyəyə yığır – Trofeo-dan 0,3 saniyə gec. Maksimal sürət isə 292 km/saatdır (Trofeo-dan 8 km/saat az).

GTS və Trofeo-nun xarici görünüşləri eyni üslubda hazırlanıb – onlar eyni bamperə malikdirlər, lakin daha güclü modifikasiyanı kapot üzərindəki ventilyasiya kəsikləri ilə fərqləndirmək olar. Krossoverin interyeri dəri ilə işlənib, əlavə pul ödədikdə isə 14 dinamikli Harman Kardon audio sistemi əldə etmək olar. Avtomobilin təchizatına, həmçinin matrisalı diodlu fənərlər daxildir.

AUTO.AZ



teqlər:
Maserati, Maserati Levante 10.07.2018

Şərhlər


AD