Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Rezvani Tank hərbi versiyada

Kaliforniyanın Rezvani Motors şirkəti yolsuzluq avtomobili Tank-ın yeni versiyasını təqdim edib – Military Edition. Hərbi variant adi avtomobildən zirehli ban, əlavə müdafiə vasitələri və 717-güclü V8 Hellcat mühərrikinin quraşdırılması imkanı ilə fərqlənir.

Yenilik zirehli ban və maksimal olaraq 7-ci səviyyə dözümlü şüşələr alıb. Yolsuzluq avtomobilinin akkumulyator batareyası və yanacaq çəni də zirehlidir. Avtomobilin alt hissəsi də partlayışa davamlıdır.

Tank Military Edition-ın təchizatına radiator qoruyucusu, deşilməyən hərbi şinlər, qapılar üçün siyirmə tutacaqlar, tüstü çıxarma sistemi, gecə görünüş sistemi, qarşı tərəfin görməsini məhdudlaşdıran fənərlər, stroboskoplar, sirena, qaz əleyhinə sistem, ilkin tibbi yardım dəsti və s. daxildir.

Yolsuzluq avtomobili üçün, həmçinin tənzimlənən asılqan, interyer işləmələri, rəng seçimi əlyetərlidir. Rezvani Tank Military Edition-un qiyməti 295 min dollardır.

AUTO.AZ



teqlər:
Rezvani Motors, Rezvani Tank 07.07.2018

Şərhlər


AD