Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni McLaren 600LT Hudvudu canlandırdı

Nəhayət, çoxdan gözlənilən McLaren debüt etdi. 600LT modeli ilk dəfə Hudvuddakı sürət festivalında göründü. Vəd edildiyi kimi, 600LT 3,8-litrlik, 592 a.g.-ə malik V8 bi-turbo ilə debüt etdi.

Hələlik modelin sürət xarakteristikasına dair ətraflı məlumat yoxdur, lakin McLaren-dən bildiriblər ki, 600LT ilk yüzlüyə 2,9 saniyəyə sürətlənə bilər. Bu, Ferrari 488 GTB-dən çox sürətlidir. Bundan əlavə, superkar 200 km/saata cəmi 8,2 saniyəyə sürətlənir.

600LT nominal olaraq 570S-in təkmilləşdirilmiş formasıdır, lakin model banında istifadə edilən karbon lifinə və dizayner işlərinə görə çox dəyişib. Nəticədə, 600LT 96 kq yüngül, lakin uzun alınıb. Sıxma gücü də kifayət qədər yaxşılaşıb. Bu, avtomobilə ən kəskin döngələri belə asanlıqla dəf etməyə imkan verir.

Hazırda McLaren-in bu modeldən neçə ədəd istehsal edəcəyi bilinmir, lakin bu, məhdud sayda olacaq. çünki 600LT cəmi 12 ay istehsal ediləcək.

AUTO.AZ



teqlər:
McLaren, McLaren 600LT 05.07.2018

Şərhlər


AD