Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lada Vesta-nın idman versiyası təqdim edilib

AvtoVAZ-ın mətbuat xidməti bu yaxınlarda Vesta ailəsinə daxil olacaq seriyalı Lada Vesta Sport-un şəkillərini və informasiyasını yayıb. İdman sedanının xaridi görünüşü 2016-cı ildə təqdim edilmiş Vesta Sport Concept-in üslubunda hazırlanıb. Yeniliyin təqdimatı cari ilin avqust ayının sonlarında Moskva avtosalonunda keçiriləcək, satış isə payızda başlayacaq.

Sport versiyası standart Vesta-dan tam yenilənmiş böyük bamperlə, mat bumeranqlarla və s. fərqlənir. Lada-dan bildiriblər ki, aşağı splitter artıq qabaq oxa sıxma gücünü daha çox artırır.

Aerodinamik paket Vesta Sport-a kandar əlavələri, ventilyasiya kəsikləri olan yeni arxa bamper, diffuzor və rəngli əlavələr daxildir. Baqaj qapağındakı spoylerə əlavə LED stop-siqnalı quraşdırılıb, enli təkər arkalarında isə aşağı profilli rezinləri olan 17-düymlük yüngül lehimli disklər peyda olub.

Daha yaxşı idarəetmə və dözümlülük üçün klirens 16 mm aşağı salınıb və indi o, 162 mm-dir. Asmada daha sərt amortizatorlar yerləşdirilib, əyləc sisteminin disklərinin isə diametri böyüyüb.

AvtoVAZ hələlik Lada Vesta Sport-un mühərriki barədə məlumat yaymır. Lakin ilkin məlumata görə, bu avtomobilin kapotu altında 145-150 a.g.-ə malik 1,8-litrlik atmosferli mühərrik dayanacaq. O, 5-pilləli mexaniki sürət qutusu ilə birgə işləyəcək. Yeni Vesta yerindən 100 km/saat sürətə 10 saniyədən də tez çatacaq.

AUTO.AZ



teqlər:
Lada, Lada Vesta 01.07.2018

Şərhlər


AD