Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi-dən yeni krossover Q8

Audi şirkəti Q8 adı almış yeni flaqman krossover təqdim edib. Avtomobilin təqdimatı Çinin Şençjen şəhərindəki xüsusi tədbirdə keçiriləcək.

Audi Q8-in uzunluğu 4,99 metr, eni 2 metr, hündürlüyü isə 1,71 metrdir. Təkər bazasının ölçüsü 3 metrdir. Beləliklə, krossover Volkswagen konserninin MLB şassisi üzərində yığılmış Q7 modelindən enli, qısa və alçaq alınıb. Bu arxitektura Lamborghini Urus, Bentley Bentayga və yeni nəsil Volkswagen Touareg-in əsasında da var.

Arxa oturacaqlar yığıldıqda baqaj həcmi 1755 litr təşkil edir. Opsional olaraq 3 sıra oturacağı uzununa tənzimlənən sifariş etmək olar. Hələlik, mühərrik barədə məlumat açıqlanmır. Buna baxmayaraq, məlumdur ki, bütün güc qurğuları yumşaq hibrid sxemi (mild hybrid) üzrə 48-voltluq bort şəbəkə və remenli ötürücüsü olan starter-generatorla çalışacaq.

Audi Q8 yerdən 254 mm aralıdır. Əlavə ödəniş etməklə adaptiv pnevmatik asılqan sifariş etmək olar. Bu asılqan yol şəraitindən asılı olaraq klirensi 90 mm-dək böyüdür və ya azaldır.

Q8-in salonunda multimedia sisteminin idarəetməsinə cavabdeh olan 10,1-düymlük sensorlu displey quraşdırılıb. Mərkəzi konsolda daha bir 8,6-düymlük ekran var ki, onun vasitəsilə klimat qurğuları idarə etmək və mətn yığmaq mümkündür. Bu kompleks səstanıma imkanına malikdir.

AUTO.AZ



teqlər:
Audi, Audi Q8 08.06.2018

Şərhlər


AD