Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan yeni Mercedes CLS

Dünyanın məşhur atelyesi olan Brabus yeni nəsil Mercedes-Benz CLS modeli üçün təkmilləşdirmə dəsti hazırlayıb. Avtomobilin eksteryerinin və interyerinin dizaynı bir qədər dəyişib.

Hazırda Mercedes-Benz CLS model ilə maraqlananlar Brabus atelyesindən 20-dən 21-düymədək ölçüdə müxtəlif disk dəstləri sifariş edə bilərlər. Alıcılara minimum 5 cür disk təklif edilir.

Bundan əlavə, modernləşdirilmiş avtomobil Mercedes-Benz CLS by Brabus  tünerin loqotipləri ilə də lovğalana bilər. Avtomobilin baqajının qapısında D40 loqotipi peyda olub.

Bundan əlavə, tüner modelin interyeri üçün də təkmilləşdirmə təklif edir. Məsələn, xüsusi qapı kilidləri, işıqlanan qapı kandarları, xalılar və pedallar üçün alüminium əlavələr.

Təəssüf ki, hazırda Brabus atelyesi yeni 4-qapılı kupe Mercedes-Benz CLS-in texniki göstəriciləri barədə məlumat vermir. Görünür, şirkətin mütəxəssisləri modelin güc qurğuları üzərində iş aparırlar.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz CLS, Brabus 22.05.2018

Şərhlər


AD