Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes rodster AMG GT S təqdim edib

Almaniyanın Mercedes-Benz şirkəti yeni modifikasiyalı Mercedes-AMG GT S Roadster təqdim edib. Avtomobil üstü açılan idman modelləri ailəsinin 3-cü üzvüdür və 4.0 V8 mühərriki ilə təchiz edilib.

Yeni Mercedes-AMG GT S Roadster modeli artıq istehsal edilmiş Mercedes-AMG GT Roadster və Mercedes-AMG GT C Roadster modelləri arasında dayanır. Ailənin bütün avtomobilləri kimi, rodster də 4.0 V8 mühərriki, 7-pilləli, iki muftalı sürət qutusu ilə təchiz edilib.

Mühərrik 384 kVt (522,095 a.g.) gücə malikdir, fırlanma anı 370 Nm-dir (dəqiqədə 1900-dən 5000 dövrədək diapazonda). Mercedes-AMG GT S Roadster 0-dan 100 km/saata 3,7 (3,8) saniyəyə sürətlənir, maksimal sürət isə 308 km/saatdır.

Mercedes-AMG GT S Roadster-in standart təchizat siyahısına AMG Ride Control və AMG Dynamic Select sistemləri, qarışıq materialdan səmərəli əyləc mexanizmləri, diodlu optika, 19- və 20-düymlük orijinal tökmə disklər daxildir.

Mercedes-AMG GT S Roadster-in salonunda süni Artico dərisi (təbii dəri opsiya qismində əlyetərlidir), AMG idman oturacaqları, gümüşü xrom aksentlər görmək olar. Bundan əlavə, avtomobilin arsenalına Airscarf sistemi də daxildir.

Mercedes-AMG GT S Roadster-in rəsmi satışı cari ilin iyuluna planlaşdırılır.

AUTO.AZ

 



teqlər:
Mercedes-Benz, Mercedes-Benz AMG-GT, AMG 18.05.2018

Şərhlər


AD