Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari-dən unikal superkar

İtaliyanın Ferrari şirkəti unikal superkar SP38 təqdim edib. O, sadiq müştərilərdən birinin sifarişi əsasında yığılıb. İdman kupesinin əsasında Ferrari 488 GTB modeli dayanır.

Eksklüziv idman avtomobilinin rəsmi təqdimatı Ville d`Estedə keçirilən müsabiqədə baş tutub. Təəssüf ki, şirkəti yeni model barədə ətraflı məlumat verməyib.

İtaliya markasının nümayəndələri bildiriblər ki, unikal avtomobilin hazırlanmasında dizaynerlər F40 modelindən ilhamlanıblar. Məsələn, yenilikdə bənzər aerodinamik oturacaqlar və mühərrik hissəsinin qapağını görmək olar.

Qeyd edək ki, kupe Ferrari 488 GTB-nin adi versiyası 3.9 V8 tvin-turbo mühərriki ilə təchiz edilir. Bu mühərrik 670 a.g., 760 Nm fırlanma anına malikdir. Yerindən 100 km/saata 3,0 saniyəyə sürətlənir, maksimal sürəti isə 330 km/saatdır.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari SP38 17.05.2018

Şərhlər


AD