Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia təkmilləşdirilmiş Sportage-in sirrini açdı

Koreyanın Kia Motors şirkəti təkmilləşdirilmiş krossover Kia Sportage-in sirrini açdı. Məşhur avtomobilin dizaynı bir qədər dəyişib və tam yeni 4-silindrli turbo dizel mühərrik və hibrid sistemlə təchiz edilib.

Qeyd edək ki, dərc edilən şəkillərdə GT Line modifikasiyasında 2019-cu model ilinə məxsus Kia Sportage əks olunub. Xatırladaq ki, yeni avtomobilin dizaynının sirri bir qədər əvvəl gizli çəkilən şəkillərdə açılmışdı.

Güman edildiyi kimi, təkmilləşdirilmiş kross Kia Sportage yenilənmiş diodlu işıq texnikası, modifikasiya edilmiş radiator barmaqlığı, yeni qabaq və arxa bamper, 16-dan 19-düymədək tökmə təkər diskləri dəsti alıb.

Yeni yolsuzluq avtomobilinin salonunda çoxfunksiyalı sükan və təkmilləşdirilmiş cihazlar paneli görmək olar. Bundan əlavə, avtomobilin interyerinin bəzəyi üçün yeni rəng variantları da əlyetərlidir.

Şirkətdən bildiriblər ki, sürətlənmə zamanı elektrikli motor  avtomobilin mühərrikkinə daxili yanmaya kömək edir və bununla da daha güclü sıçrayış təmin edir. Əyləc zamanı isə enerjini akkumulyatora ötürür. Sistem mühərriki hərəkətdə olarkən söndürə bilir – o, tormozlama zamanı sönür, qazın pedalına basdıqda isə yenidən işə düşür.

Bundan əlavə, yeni Kia Sportage əvvəlki 1.7 CRDi motorundan məhrum olub. Onun əvəzinə isə yeni 1,6-litrlik U3 CRDI aqreqatı gəlib. Şirkət bu mühərriki bu gün üçün Kia-da ən təmiz dizel adlandırır. O, 113 (115) və ya 134 (136) a.g.-ə malikdir. Sürət qutusu 7-pilləli, iki muftalıdır.

AUTO.AZ

 



teqlər:
KIA, KIA Sportage 15.05.2018

Şərhlər


AD