Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche yeni Cayenne E-Hybrid təqdim edib

Almaniyanın Porsche şirkəti flaqman yolsuzluq avtomobili Cayenne E-Hybrid-in yeni nəslini təqdim edib. 455-güclü mühərriklə təchiz olunan avtomobil yerindən 100 km/saata 4,7 saniyəyə sürətlənir, maksimal sürət isə 252 km/saatdır.

2019-cu model ilinə məxsus Porsche Cayenne E-Hybrid yolsuzluq avtomobili 3,0-litrlik V6 mühərrikindən qidalanır və 335 a.g. və 450 Nm-ə malikdir, elektrik mühərriki isə əlavə 134 a.g. 400 Nm verir. Ümumilikdə mühərriklər 455a.g. (462 a.g.) və 700 Nm fırlanma anı verir.

Bundan əlavə, flaqman hibrid yolsuzluq avtomobili Porsche Cayenne E-Hybrid 14,1 kVt/saatlıq akkumulyator dəsti ilə təchiz edilib. Sürət qutusu 8-pilləli avtomat Tiptronic S-dir. O, 100 km məsafəyə 3,2-3,4 litr yanacaq sərf edir (şinlərdən asılı olaraq).

Şirkətdən bildiriblər ki, yeni hibrid yolsuzluq avtomobili Porsche Cayenne E-Hybrid-in akkumulyatorlar blokunun ölçüsü sələfi ilə eynidir. Lakin o, daha yüksək buraxılış və sıx enerji qabiliyyətinə malikdir. Elektrik dartma gücü NEDC (New European Driving Cycle) göstəricisinə əsasən 44 km məsafəyə kifayət edir. Maksimal sürət isə (elektrik dartqıda) 133 km/saatdır.

Yeniliyin akkumulyator batareyalarının adi məişət şəbəkəsindən doldurulmasına 7 saat 48 dəqiqə vaxt sərf olunur. Daha güclü elektrik stansiyası isə bu əməliyyatı 2 saat 18 dəqiqəyə yerinə yetirir. Smartfonlardakı xüsusi proqram vasitəsilə avtomobilin enerjisinə kənardan da nəzarət etmək olar.

Xarici görünüşə gəldikdə isə, hibrid yolsuzluq avtomobili Porsche Cayenne E-Hybrid adi modeldən demək olar ki, fərqlənmir. Ənənəvi olaraq, avtomobil unikal təkər diskləri dəsti, Acid Green rəngli əyləc supportları alıb. Avtomobil, həmçinin Acid Green rəngli fərqləndirici nişanlar və enerjinin doldurulması üçün xüsusi portlar alıb.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Cayenne 07.05.2018

Şərhlər


AD