Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes E-Class sedan və universalı yeniləyib

Mercedes-Benz şirkəti E-Class-ın sedan və universalın təkmilləşdirilmiş versiyalarını təqdim edib. Model yeni interyer, E53 indeksli idman versiyası alıb ki, o, 43-cü seriyanı əvəz edib.

Mercedes-AMG E53 modernləşdirilmiş 3-litrlik, 6-silindrli tvin-turbo mühərriki alıb ki, o, 441 a.g. və 520 Nm fırlanma anı verir. Daxili yanma mühərriki 48-voltluq bort elektrik şəbəkəsi ilə birgə çalışır ki, bu da ona əlavə 22 a.g. və 250 Nm verir. Beləliklə, mühərriklər birlikdə 463 a.g. və 769 Nm fırlanma anı verir.

Mühərrik AMG mütəxəssisləri tərəfindən tənzimlənmiş 9-pilləli avtomat sürət qutusu və tam ötürücü sistemlə birgə çalışır. Sedan və universal Mercedes-AMG E53 yerindən 100 km/saata 4,5 saniyəyə - E43-dən 0,1 saniyə tez sürətlənir. Maksimal sürət elektron göstəricidə 250 km/saatda məhdudlaşdırılıb.

Bundan əlavə, təkmilləşdirilmiş Mercedes-Benz E-Class yeni modifikasiyalarda - E200d, E 220d, E300d və E400d əlyetərli olacaq ki, onlar müvafiq olaraq 150, 194, 245 və 340 a.g. verən dizel mühərriklərlə təchiz ediliblər.

Salonda yeni sükan peyda olub ki, buraya kruiz-kontrolun idarəetmə düymələri yerləşdirilib.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz E-Class, AMG 05.05.2018

Şərhlər


AD