Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar yubiley münasibətilə XJ50 təqdim edib

Britaniyanın Jaguar şirkəti sedan XJ-in xüsusi versiyasını təqdim edib. O, modelin 50 illik yubileyi münasibətilə hazırlanıb. Eksklüziv avtomobilin təqdimatı Pekin-2018 motorşousunda baş tutacaq. Yubiley sedanı Jaguar XJ50 bütün dünyada satışa çıxarılacaq.

Şirkətdən bildiriblər ki, Jaguar XJ adlı avtomobil ilk dəfə 50 il bundan əvvəl peyda olub.  Buna qədər Britaniya brendinin ən böyük və möhtəşəm sedanları nəslin sıra nömrəsinə görə adlanırdı. Məsələn, Mark V, Mark VI və indiki Mark X. Şirkət indiyədək belə avtomobildən 600 min ədəd istehsal edib.

Yubiley sedanı Jaguar XJ50 adi sedandan qabaq və arxa bamperlərlə fərqlənir ki, onlar Autobiography spesifikasiyasında hazırlanıblar. Avtomobili fərqləndirən digər elementlər isə 20-düymlük təkər diskləri, qara radiator barmaqlığı, habelə məxsusi loqotiplərdir.

Eksklüziv sedan Jaguar XJ50-nin salonunda rombşəkilli tikişləri olan yüksək keyfiyyətli dəri, loqotiplər, əlavə emblemlər görmək olar. Yubiley modeli üçün 300-güclü dizel və 340-güclü benzin mühərriklər nəzərdə tutulub.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XJ 01.05.2018

Şərhlər


AD