Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-dən kompakt sedan

Mercedes-Benz şirkəti Pekin-2018 beynəlxalq sərgisinə uzun kompakt sedan A-Class L gətirib. Məxsusi olaraq Çin üçün istehsal edilən avtomobil Daimler və BAIC Motor gücündə olacaq. Lakin alman şirkəti tezliklə bu modeli digər ölkələrin bazarları üçün də istehsal edəcək.

Yeni Mercedes-Benz A-Class L Sedan-ın uzunluğu 4609 mm, eni 1796 mm, hündürlüyü isə 1460 mm-dir. Oxlar arasındakı məsafə 2789 mm-dir. Baqajın həcmi 420 litrdir.

Güman edildiyi kimi, yeni kompakt 4-qapılı modernləşdirilmiş MFA platformasında yığılıb. Bu platforma yeni nəsil hetçbək Mercedes-Benz A-Class-da da istifadə edilib.

Yeni sedan Mercedes-Benz A-Class L yeni 1,33-litrlik benzin mühərriklə (136 və 163 a.g.)  satışa çıxarılacaq. Gələcəkdə şirkət yenilik üçün 2,0-litrlik, 190-güclü mühərrik də təklif edəcək. Bütün mühərriklər 7-diapazonlu robotlaşdırılmış sürət qutusu ilə birgə işləyir.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz A-Class 28.04.2018

Şərhlər


AD