Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Lexus ES Çində təqdim edilib

Pekin-2018 avtosalonu çərçivəsində yeni sedan Lexus ES-in debütü olub. O, 7-ci nəsildir. Avtomobil daha dəbli və müasir eksteryer dizaynı, o cümlədən çoxlu sayda innovativ həllər və F-Sport variasiyası alıb.

Yeni sedan Lexus ES-in rəsmi şəkilləri debütdən əvvəl peyda olmuşdu. Bu şəkillərdən görünürdü ki, avtomobilin eksteryerinin dizaynında LS və LC modellərinin üslub həllərindən istifadə edilib.

Şirkət avtomobilin dizaynını təxribatçı gözəllik adlandırırlar. Yapon markasının nümayəndələri bildiriblər ki, Lexus ES daim gözəl sedan olub. Biz yeni nəsil modelə dizayn elementləri əlavə etmişik ki, onlar ənənəvi müştərilərə çağırışdır.

Yeni dizayn sayəsində sedan Lexus ES daha füsunkar, aqressiv və idmansayağı alınıb. Avtomobilin qabaq hissəsində fantastik təsvirli yeni radiator barmaqlığı peyda olub. bundan əlavə, eksteryerin dizaynında xromdan istifadə edilib.

Sedan Lexus ES-in əsasında yeni Global Architecture-K platforması dayanır. O, yüksək dözümlü poladdan hazırlanıb. Bu, avtomobilin çəkisini sələfinə nisbətən yüngülləşdirməyə imkan verib. Buna baxmayaraq, sedanın banı daha sərt alınıb.

Məlumdur ki, yeni nəsil sedan Lexus ES 350 modifikasiyasında təklif ediləcək. Avtomobilin mühərrik hissəsində 3,5 V6 dayanır ki, o, 300 a.g. və 355 Nm fırlanma anına malikdir. Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Bundan əlavə, yeniliyi Lexus ES 300h modifikasiyasında da əldə etmək olar. Lakin hibrid barədə hələlik məlumat yoxdur.

Yeni sedan Lexus ES-in salonunda yeni dizayn görmək olar. Avtomobildə 12,3-düymlük monitoru olan informasiya-əyləncə sistemi də var. Mərkəzi tonneldə taçpəd var ki, onunla avtomobilin bir çox funksiyalarını idarə etmək olar.

AUTO.AZ



teqlər:
Lexus, Lexus ES 26.04.2018

Şərhlər


AD