Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai-təkmilləşdirilmiş i20

Koreyanın Hyundai Motor şirkəti təkmilləşdirilmiş kompakt hetçbək i20 modelinin sirrini rəsmi surətdə açdı. Məşhur avtomobil yenilənmiş eksteryer dizaynı və bir sıra qabaqcıl texnologiyalar alıb.

Qeyd edək ki, təkmilləşdirilmiş Hyundai i20 yeni radiator barmaqlığı alıb və onu şirkətdə Cascading adlandırırlar. Bununla yanaşı, avtomobilin təchizatına yeni qabaq və arxa bamper, modernləşdirilmiş işıq texnikası, 15- və q6-düymlük təkər diskləri daxildir. Bundan əlavə, 2018-ci model ilinə aid yenilənmiş hetçbek Hyundai i20 panoram lyuk alıb.

Yeni Hyundai i20 1,0-litrlik TGDI mühərrikinə (100 və ya 120 a.g.) malikdir. Bundan əlavə, müştərilər ya 1,2-litrlik, 75 və ya 84 a.g., ya da 1,4-litrlik, 100 a.g.-lü mühərrik sifariş edə bilərlər.

Mühərrikdən asılı olaraq, Hyundai i20 5- və ya 6-pilləli mexaniki, ya da 7-diapazonlu, iki muftalı avtomat sürət qutusu ilə təchiz edilir. Avtomobilin bütün güc aqreqatları Start/Stop sistemi ilə təchiz olunub.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai i20 25.04.2018

Şərhlər


AD