Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes-Maybach-dan möhtəşəm konsept

Almaniyanın Mercedes şirkəti təəccübləndirməyi bacarır! Premial istehsalçıdan növbəti sürpriz – konsept Vision Mercedes-Maybach Ultimate Luxury. Gözlənilənlərin əksinə olaraq, premial markanın möhtəşəm yeniliyi yüksək keçid qabiliyyətinə malik sedan oldu.

Xatırladaq ki, bir qədər əvvəl konseptual model Vision Mercedes-Maybach Ultimate Luxury-nin yolsuzluq avtomobili Mercedes-Maybach GLS-dən xəbər verdiyi hesab edilirdi. Lakin hamı yanılırmış.

Dərc edilmiş şəkillərdən göründüyü kimi, möhtəşəm konsept Vision Mercedes-Maybach Ultimate Luxury 3-həcmli ban alıb. Məlumdur ki, prototipin əsasında MHA platforması dayanır. Yeri gəlmişkən, bu platformadan yolsuzluq avtomobili Mercedes-Benz GLS-in gələcək nəsillərində istifadə ediləcək.

Möhtəşəm sedanın dizaynı Almaniya şirkətinin ötən il təqdim etdiyi Vision Mercedes-Maybach 6 konsepti üslubunda hazırlanıb. Əvvəllər də qeyd edildiyi kimi, Vision Mercedes-Maybach Ultimate Luxury aprelin sonlarında açılacaq Pekin-2018 avtosalonunda təqdim ediləcək.

Konseptual avtomobilin salonunda çoxlu sayda ağac, yüksək keyfiyyətli dəri, xrom və hətta qızıl işləmələr görmək olar. Salon 4 sərnişin üçün nəzərdə tutulub. Bir çox müasir avtomobillərdən fərqli olaraq burada şampan yoxdur, əvəzində Çin çay servisi və güllər var.

Vision Mercedes-Maybach Ultimate Luxury elektrokardır. Belə ki, 4 elektrik mühərriki ilə təchiz edilib. Avtomobilin döşəməsinin altında 80 kVt/saatlıq akkumulyator batareyası var. Ümumi güc 750 a.g.-dür. Tam dolu akkumulyatorlar 500 kilometr məsafəyə bəs edir.

Bildirilib ki, Almaniya şirkəti gələcəkdə Vision Mercedes-Maybach Ultimate Luxury konseptinin motivləri əsasında seriyalı yolsuzluq avtomobili Mercedes-Benz GLS-i istehsal edəcək. Bu avtomobilin bazara nə zaman çıxarılacağı barədə məlumat verilmir.

AUTO.AZ

 



Şərhlər


AD