Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar XE və XF idman versiyası alıb

Jaguar şirkəti XE və XF modellərinin 300 Sport adlı xüsusi versiyalarını təqdim edib. Onlar adi modifikasiyalardan eksteryer və interyer, o cümlədən geniş çeşidli standart ləvazimatlarla fərqlənir.

Jaguar XE və XF 300 Sport 2-litrlik, 300 a.g. və 400 Nm fırlanma anına malik turbo dördlüklə, 8-diapazonlu avtomat sürət qutusu ilə təchiz ediliblər. Yerindən 100 km/saata avtomobil müvafiq olaraq 5,7 və 5,9 saniyəyə sürətlənir.

Xüsusi seriyalı avtomobillərin yan güzgülər, arxa spoyler və radiator barmaqlığının çərçivəsi kimi detalları boz rəngə boyanıb. Modellər üçün 19- və ya 20-düymlük disklər, əyləc supportları, xüsusi ban rəng əlyetərlidir.

Jaguar XE və XF 300 Sport-un salonları sarı tikişləri olan dəri ilə işlənib. Təchizatlar siyahısına kandar əlavələri, 10-düymlük sensor displeyi olan Touch Pro multimedia sistemi, pedallarda alüminium üzlüklər, avtomatik tündləşən çərçivəsiz arxa görünüş güzgüləri daxildir.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XE, Jaguar XF 23.04.2018

Şərhlər


AD