Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Lexus ES-in sirri açıldı

Yaponiyanın premial Lexus markası yeni nəsil sedan ES-in ilk rəsmi şəkillərini və videoçarxını yayıb. Avtomobil aprelin 25-də açılacaq Pekin-2018 motor-şousunda təqdim ediləcək.

Yeni idman sedanı Lexus ES barədə hələlik rəsmi məlumat yoxdur. Güman edildiyi kimi, model müasir və dəbli eksteryer dizaynı alıb. Məlumdur ki, avtomobil TNGA platformasında yığılıb.

Sirr deyil ki, bu platforma Yaponiyanın avtomobil nəhəngi olan Toyota-nın bütün yeni modellərində, o cümlədən C-HR, Prius, Camry, Avalon və Corolla-da istifadə edilir. Sedan Lexus ES-in sələfindən həm böyük, həm də enli olacağı gözlənilir.

Çox güman ki, sedanın mühərrik qammasında elə də ciddi dəyişiklik olmayacaq. Yəqin ki, avtomobil modernləşdirilmiş 3,5 V6 mühərriki (300 a.g.) ilə təchiz ediləcək. Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Bundan əlavə, model hibrid modifikasiya da alacaq.

Qeyri-rəsmi məlumatlara əsasən, yeni nəsil sedan Lexus ES 2018-ci ilin sonlarına yaxın satışa çıxarılacaq. Yenilik dünya bazarında Volvo S90, BMW 5-Series, Lincoln Continental, Jaguar XF, Audi A6 və Mercedes-Benz E Class ilə rəqabət aparacaq.

AUTO.AZ



teqlər:
Lexus, Lexus ES 21.04.2018

Şərhlər


AD