Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi-dən 815-güclü elektrokar

Almaniyanın Audi şirkəti real superkar E-Tron Vision Gran Turismo Concept-i rəsmən təqdim edib. Gran Turismo video oyununun 15 illik yubileyi münasibətilə buraxılan avtomobil 815-güclü elektrik qurğusu və tam ötürücü alıb.

Hazırda yürüş kupesi Audi E-Tron Vision GT Concept-in yalnız bir nümunəsi var. Avtomobilin təchizatına üç elektrik mühərriki daxildir ki, onların hər biri 100 kVt (271,924 a.g.) gücündədir.

Bununla belə, elektrik güc qurğusu, ümumilikdə, 600 kVt (815,773 a.g.) gücünə sahibdir. Elektrik mühərriklərindən ikisi arxa təkərləri, digər mühərrik isə qabaq oxdakı təkərləri hərəkət etdirir.

Alman şirkətinin məlumatına görə, təqdim edilmiş yürüş kupesi Audi E-Tron Vision Gran Turismo Concept-in çəkisi 1450 kq-dır. Hər at gücünə 1,78 kq düşür. Çəkinin bölünmə əmsalı 50:50-dir. Avtomobil yerindən 100 km/saata 2,5 saniyəyə sürətlənir.

Təqdim edilmiş yürüş avtomobili Audi E-Tron Vision Gran Turismo Concept nadir ban alıb. O, Audi 90 Quattro IMSA GTO modelinin haqqını ödəyir. Şirkətdən bildiriblər ki, Audi E-Tron Vision GT Concept Romada keçiriləcək Formula E-də yürüş taksisi olacaq.

AUTO.AZ



Şərhlər


AD