Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yeni universal təqdim edib

Almaniyanın premial Audi markası yeni nəsil A6 Avant-ı rəsmi surətdə təqdim edib. Əlverişli avtomobil eyniadlı sedanı, demək olar ki, təkrarlayır, lakin sələfinə nisbətən daha idmansayağı görünüşə malikdir. Universal Audi A6 Avant dəbli radiator barmaqlığı, daha geniş ban alıb. Yenilik həmişə olduğundan daha gözəl görünür.

Yeni Audi A6 Avant diodlu fənərlərlə təchiz edilib. Bundan əlavə, şirkət optika üçün qabaqcıl HD Matrix LED texnologiyası təklif edir. Qeyd edilib ki, yeni universalın aerodinamik müqavimət əmsalı 0,27-dir.

Universal Audi A6 Avant-ın interyeri müəyyən qədər sedandakı salona bənzəyir. Yəni, salonda 10,1-düymlük monitoru olan informasiya-əyləncə sistemi, 12,3-düymlük rəqəmsal cihazlar paneli və klimat-kontrol üçün 8,6-düymlük displey var.

Əminliklə demək olar ki, universal Audi A6 Avant eyniadlı sedanda olan mühərriklə təchiz ediləcək. Beləliklə, mühərriklər qamması - 3.0 V6 TFSI (340 a.g., 500 Nm) və 3.0 V6 TDI (286 a.g., 620 Nm). Şirkətdən bildiriblər ki, modelin bütün versiyaları yumşaq hibrid sistemlə təchiz ediləcək.

AUTO.AZ



teqlər:
Audi, Audi A6 18.04.2018

Şərhlər


AD