Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

TopCar-dan Mercedes-AMG GLE 63 S Inferno

Rusiyanın avtomobil atelyesi TopCar növbəti layihəsini təqdim edib – modernləşdirilmiş yolsuzluq avtomobili Mercedes-AMG GLE 63 S Inferno. Avtomobilin eksteryeri və interyeri çoxlu sayda eksklüziv həllər alıb, o cümlədən unikal bənövşəyi rəng.

Xatırladaq ki, vizual təkmilləşdirmə paketi İnferno artıq yolsuzluq avtomobilləri Mercedes GLE Coupe və GLC Coupe üçün əlyetərlidir. Paketə yeni qabaq və arxa bamper, yan ətəklər, modernləşdirilmiş qanadlar, radiator barmaqlığı, karbon kapot, arxa diffuzor, təkər dəsti daxildir.

Təqdim edilmiş Mercedes-AMG GLE 63 S Inferno by TopCar 22-düymlük təkər diskləri alıb. Qeyd edildiyi kimi, avtomobilin banı eksklüziv bənövşəyi rəngə boyanıb. Bu rəng daha çox Porsche brendinin modellərindən tanınır. Analoji rəng interyerdə də istifadə edilib.

Təəssüf ki, avtomobilin texniki cəhətdən təkmilləşdirilməsi barədə məlumat verilmir. Qeyd edək ki, baza variantında Mercedes-AMG GLE 63 S 585-güclü (760 Nm) mühərrik, 7-diapazonlu avtomat sürət qutusu, tam ötürücü sistem 4Matic ilə təchiz edilir. Yerindən 100 km/saata sürətlənmə 4,2 saniyəyə baş verir. Maksimal sürət 250 km/saatdır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz GLE, AMG, TopCar 17.04.2018

Şərhlər


AD