Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

АvtoVAZ seriyalı kross-sedanın sirrini açıb

Rusiyanın АvtoVAZ şirkəti yolsuzluq sedanı LADA Vesta Cross-un sirrini açdı. Avtomobil əlavə plastik ban asması və böyüdülmüş klirens (203 mm) alıb. Bu, sedanın yolsuzluqda hərəkət etməsini asanlaşdırır.

Rusiyanın avtomobil nəhənginin press-relizində qeyd edili: Sedan LADA Vesta Cross – bu, qeyri-adi eksteryer dizaynını və klassik ban növünü bazardakı son trendlərlə birləşdirən avtomobildir və o, krossover funksionallığı alıb.

Seriyalı sedan LADA Vesta Cross 2016-cı ildə Moskva avtosalonunda təqdim edilən eyniadlı konseptin motivləri əsasında yığılıb.

AvtoVAZ-ın nümayəndələrinin sözlərinə görə, sedan LADA Vesta Cross bazarda təqdim edilən unikal avtomobil olacaq, lakin yeni seqment yaradacaq: Sedan Vesta Cross – bu, potensial müştərilərə LADA-nın daimi diqqətinin daha bir təzahürü, sürücülərə funksional imkanlar verən qeyri-adi avtomobil hazırlamaq bacarığıdır.

Yeniliyin interyeri universal Vesta SW Cross-da istifadə edilən üslubda hazırlanıb: yeni interyer, boz və ya narıncı rəngli əlavələr. Texniki hissəyə gəldikdə, AvtoVAZ hələlik bu barədə məlumat vermir.

Çox güman ki, kross-sedan universal Vesta SW Cross-un aldığı güc aqreqatları ilə təchiz ediləcək: benzin 1,6 (106 a.g.) və 1,8 (122 a.g.). Hər iki mühərrik 5-pilləli mexaniki sürət qutusu ilə təchiz edilir. 122-güclü mühərrik üçün isə robot transmissiyası da nəzərdə tutulub.

AUTO.AZ



teqlər:
Lada, Lada Vesta, Vesta Cross 16.04.2018

Şərhlər


AD