Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet təkmilləşdirilmiş Camaro təqdim edib

Amerikanın Chevrolet şirkəti 2019-cu model ilinə aid təkmilləşdirilmiş kupe və kabriolet Camaro-nu rəsmi surətdə təqdim edib. Avtomobil yeni eksteryer dizaynı və geniş təchizat siyahısı alıb.

Camaro 2019 sələfindən yeni qabaq panel ilə fərqlənir. Xüsusilə, avtomobilin radiator barmaqlığı, qabaq bamperi və işıq texnikası yenilənib.

Qeyd edək ki, restaylinqdən sonra kupe və kabriolet Chevrolet Camaro-nun arxa hissəsi də dəyişib. Orada yeni qabarit işıqları və bamper görmək olar. Bundan əlavə, RS və SS versiyalı avtomobillər üçün 20-düymlük yeni təkər diskləri əlyetərlidir.

Rəsmi press-relizə əsasən, SS modifikasiyasındakı yenilik indi 10-diapazonlu avtomat alıb. Bu versiyada avtomobil 461 a.g.-ə malik 6.2 V8 ilə təchiz edilir. Əvvəllər bu avtomobil 8 pilləli avtomatla təchiz edilirdi.

Yeni kupe və kabriolet Chevrolet Camaro üçün Turbo 1LE modifikasiyası da əlyetərlidir. Bu cür avtomobil 2,0-litrlik, 278 a.g.-lü benzin mühərriklə təchiz edilir.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Camaro 15.04.2018

Şərhlər


AD