Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Ford Focus

Ford şirkəti bir sıra elandan sonra yeni Focus modelini rəsmi surətdə təqdim edib. Sayca 4-cü nəsil olan bu məşhur kompakt model yeni eksteryer və interyer dizaynı, möhtəşəm Vignale versiyası, yeni benzin və dizel mühərriklər, Activ sistemi alıb.

Təqdim edilmiş yeni nəsil Ford Focus Avropa bazarı üçün nəzərdə tutulub. Bundan əlavə, Amerika markası Britaniya bazarı üçün artıq qiyməti dəqiqləşdirib – 17930 funt sterlinq. İlk çatdırılma sentyabr ayında olacaq və artıq sifarişlər qəbul olunur.

Sələfi kimi, yeni Ford Focus da müştərilərə hetçbək, sedan və universal banda təklif ediləcək. Bundan əlavə, məşhur kompakt model üçün Vignale versiyası və Active modifikasiya nəzərdə tutulub.

Yeni Ford Focus benzin və dizel mühərriklərlə təchiz ediləcək: 3-silindrli 1.0 EcoBoost (85, 100 və 125 a.g.), 1,5-litrlik, 4-silindrli (150 və 185 a.g.) mühərrik. Ən güclü mühərrik silindrin birini söndürmək funksiyası ilə təchiz ediləcək.

Yeni modelin dizel mühərrikləri isə belədir: 1,5-litrlik EcoBlue (96 və 120 a.g.) və polad porşnləri olan 2,0-litrlik (150 a.g. və 370 Nm fırlanma anı) mühərrik. Avtomobilin mühərrikləri 6-pilləli mexaniki və ya 8-diapazonlu avtomat sürət qutusu ilə birgə işləyir.

AUTO.AZ



teqlər:
Ford, Ford Focus 14.04.2018

Şərhlər


AD