Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Buick-dən yeni elektrikli krossover

Amerikanın premial Buick markası konseptual yolsuzluq avtomobili Enspire Concept-in sirrini açıb. Prototipin debütü Pekin-2018 beynəlxalq avtosalonu çərçivəsində olacaq.

General Motors konserninin nümayəndələrinin sözlərinə görə, prototip Buick Enspire Concept amerikan markasının kompakt elektrikli krossoverinin gələcək seriyalı konseptidir. Şirkət yenilik barədə hələlik ətraflı məlumat verməyib.

Buick Enspire Concept-in təchizatına iki elektrik mühərriki daxildir – hər oxa biri. Arxa təkərlərə cavabdeh olan mühərrik 220 kVt (300 a.g.) verir. Öz növbəsində, qabaq oxdakı mühərrik 190 kVt (258 a.g.) verir.

Bundan əlavə, yeniliyin təchizatına akkumulyator batareyaları daxildir ki, onlar tam doldurulduqdan sonra avtomobil 600 km məsafə qət edə bilər. Avtomobil yerindən 100 km/saata 4 saniyəyə sürətlənir. Batareyaların 80 faiz doldurulması üçün 40 dəqiqə vaxt tələb olunur.

AUTO.AZ



teqlər:
Buick, Buick Enspire Concept 12.04.2018

Şərhlər


AD