Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi-dən beşqapılı RS5

Nyu-York avtosalonunda RS5-in beşqapılı versiyası – Sportback təqdim edilib. Bu, beşinci seriyada ilk belə modifikasiyadır. Kupe kimi, RS5 Sportback də Porsche Panamera-dan biturbo altılıqla təchiz edilib.

Yenilik adi versiyadan böyük hava çıxıntıları, qabaq və arxa spoylerlər, diffuzor, o cümlədən qaz buraxma sisteminin oval boruları ilə seçilir. RS5 Sportback-in baza təchizatına 19-düymlük təkər diskləri daxildir, lakin əlavə ödəniş etdikdən sonra bir düym böyüyünü də almaq olar. S5 Sportback-ə nisbətən yeniliyin asması 7 mm aşağı salınıb.

İkili turbo yükləyicisi olan 2,9-litrlik V6 dəqiqədə 1900-dən 5000 dövrə qədər diapazonda 450 a.g.-ə, 600 Nm fırlanma anına malikdir. Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. RS5 Sportback yerindən 97 km/saata 3,9 saniyəyə sürətlənir. Maksimal sürət 280 km/saatdır.

RS5 Sportback tam ötürücü sistemlə təchiz edilir ki, o, dartma gücünü 40-ın 60-a arxa oxun hesabına bölür. Əlavə olaraq, RS5 Sportback-i arxa idman differensialla təchiz etmək olar.

AUTO.AZ



teqlər:
Audi, Audi RS5 10.04.2018

Şərhlər


AD